"Azərbaycan mühəndis və energetiklər cəmiyyəti" ictimai birliyi (APESA) - bir qrup istehsalat və layihə-konstruktor müəssisəsinin ölkədə nümayəndəsi, Azərbaycanda kiçik su və lokal istilik elektrik stansiyalarında ixtisaslaşan aparıcı şirkətdir.
Şirkət mühəndis və maliyyə-investisiya tərkib hissələri də daxil olmaqla layihənin idarə olunması məsuliyyətini tam olaraq öz üzərinə götürür. Alternativ enerji layihələrini effektiv və tam vaxtında işləyir, həyata keçirir və "açar təhvili" üsulu ilə təhvil verir.
Assosiasiya "qiymət-keyfiyyət" nisbətində optimal olan, texniki xarakteristikalarına və qiymət göstəricilərinə görə müxtəlif gücdə elektrik stansiyaları buraxmağa imkan verən energetika avadanlığı istehsalçıları olan aparıcı dünya şirkətlətini əməkdaşlığa cəlb edir.
Bizim təşkilatın aktivində Azərbaycanda ən yaxşılardan biri olan mühəndis-konstruktor kollektivi vardlr. Bu günə biz tərəfindən energetikanın müxtəlif sahələrinə (kiçik və mikro-SES, qazla işləyən DYM-generatorlar, külək generatorları, avtonom və ehtiyat qidalanma mənbələri) aid olan 20-dən artıq layihə həyata keçirilmişdir.
Onların modul tərtibatı və ya binada yerləşdirilmə layihəsi nəzərdə tutulub. İstehlakçıya istilik enerjisinin təsərrüfat və məişət məqsədləri üçün utilizasiyası, yanacaq hazırlığı, xüsusi istismar şəraiti ilə əlaqədar əlavə imkanlar təklif olunur.
Layihələrin ekspertizasını həyata keçiririk, enerjiqənaət texnologiyalarına dair məsləhətçi xidmətləri göstəririk.
Energetik müayinələri, avadanlığın proqram üzrə dəyişdirilməsini, müasir avtomatlaşdırılmış texnologiyaların tədbiqini və enerjiqənaət tədbirlərinin işlənməsini, servis xidmətlərini və maliyyələşdirmənin investisiya sxemlərinin işlənməsini nəzərdə tutan kompleks yanaşma digər regional proqramlarda da istifadə olunacaq.
Cəmiyyət Azərbaycan və qonşu ölkələrin bazarlarında xarici investorlara ekspert və məsləhətçi xidmətləri göstərir.
Cəmiyyət Azərbaycan Respublikasının mühəndis və energetika üzrə mütəxəssislərini birləşdirən qeyri-hökümət, qeyri-kommersiya təşkilatıdır.
Cəmiyyətin baş direktor və təsisçisi "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - AzETvəLAEİ adlandırılacaq) baş elmi işçisi Rəsul Süleymanovdur.
2002-ci ildən başlayaraq cəmiyyətin TACİS proqramı üzrə fəaliyyəti istehsalın enerji effektliyinin artırılması elektrik paylayıcı şəbəkələrdə itkilərin azaldılması ilə bağlı olub.
İnkişaf etmiş ölkələrin energetika üzrə qabaqcıl təcrübəsinin Azərbaycana gətrilməsinə dair də böyük iş görülmüşdür. Mütəmadi olaraq General Electric, Siemens, Scneider Electric, Wartsila, Emerson, Moeller, Janitra, Cooper Power Systems, ENSI, CKD, LovatoElectric və s. bu kimi şirkət və firmaların seminar və təqdimatları keçirilib və keçirilir.
Hal-hazırda evlərin və kənd yerlərinin günəş kollektorları və panelləri, həmçinin elektrik enerjisi istehsalı üçün kiçik gücə malik külək generatorları və artezian quyuları üzərində quraşdırılan gurğular ilə təchiz olunması üçün alternativ energetika avadanlığının istehsalı ilə məşğul olan firmalar ilə danışıqlar aparılır və görüşlər hazırlanır.
Bundan başqa, bu il üçün dağlıq və dağətəyi bölgələrdə yaşayan fərdi istehlakçılar üçün mikro- hidro- və külək gurğularının istehsalı üçün işçi cizgilərin hazırlanması nəzərdə tutulub.
Həmçinin Sovet və ondan sonrakı dövrlərdə tikilmiş dövlət və ictimai binaların enerji effektliyinin artırılması üçün bazarda olan yeni texnologiya və materialların axtarışı aparılır, eyni vaxtda normativ akt və standartlar (DÜST) toplanılır.
Ünvan: Azərbaycan, Bakı, AZ1000, Nizami küç. 137
Tel: +994 12 594-98-50
+994 12 498-02-98
Mobil: +994 50 225-91-08
e-mail:
URL: azenerji.com www.azerenergy.com
ətraflı...